Bakıda cibgirlik edən şəxs tutulub

7 Aprel 2020 21:06

Qobustan rayon sakini oğurluqda şübhəli bilinərək saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov saxlanılıb.

Milli.Az