Almaz Ələsgərli ikinci dəfə nənə olub

7 Aprel 2020 17:43

Əməkdar artist Almaz Ələsgərli ikinci dəfə nənə olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin qızı Mədinənin oğlu dünyaya gəlib. Bu haqda Ələsgərli "Evdəkilərə salam" verilişində deyib.

O bildirib ki, hələ nəvəsinə ad qoymayıblar:

"Valideynləri iki ad arasında qalıblar. 40-ı çıxana qədər ad da qoyarlar".

Qeyd edək ki, Mədinənin Melisa adlı qız övladı da var. O, ikinci dəfə ailə qurub və İsveçrədə qalır. A.Ələsgərlinin iki qız övladı var.

Milli.Az