Bakıda avtomobil beton dirəyə çırpılıb, 2 nəfər ölüb

7 Aprel 2020 16:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 6-da saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi "VAZ-21144" markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurub. Nəticədə sürücü və sərnişinlərdən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət almış digər sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az