Dəri altına yerləşən telefon - VİDEO

9 Aprel 2020 22:50

2018-ci ilin may ayında İsveçdə bütün insanların dərilərinin altına peyvənd vasitəsi ilə düyü uzunluğunda çip yerləşdirildi. Bu çip vasitəsi ilə insanlar şəxsiyyət vəsiqəsi, qatar bileti və ya açarlarını dərilərində saxlayırdılar.

Milli.Az ted.az-a istinadən bildirir ki, İsveçdə tətbiqinə başlanılan bu çiplər insanların həyatını asanlaşdırsa da, alimlər bunun sağlamlığa mənfi təsiri olduğunu və infeksiyaya yol açacağını bildirmişdilər.

Bu çiplərin digər riski isə şəxsi məlumatların təhlükəsizlik məsələsi idi. Bu vəziyyətin şəxsi məlumatları təhlükəyə atacağı qeyd olunsa da, isveçlilər çipdən olduqca razı qaldıqlarını bildirmişdilər. Lakin digər Avropa ölkələrində bu fikrə müsbət reaksiyalar gəlmədi.

Çiplər artıq telefonu da əvəz edə biləcək. Dəriyə yerləşdirilən çip vasitəsi ilə insanlar üstündə cihaz gəzdirmədən rabitə yarada biləcəklər.

Çipin reklam çarxını təqdim edirik.

Milli.Az