"Karantindən sonra toydur"

7 Aprel 2020 18:24

Müğənni Sevda Yahyayeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçiyə daha çox toyunun nə vaxt olacağı ilə bağlı suallar ünvanlanıb.

"Nişanlım məndən 4 yaş böyükdür. Toyumuz karantin bitəndən sonra olacaq. Hazırda ailəmlə yaşayıram. Toydan sonra köçəcəm Zakirin (nişanlısı - red.) evinə" deyə, Sevda vurğulayıb.

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Leyla Şıxlinskaya" klinikasında həkim-genetik olaraq çalışır.

Milli.Az