"İndi cinsi əlaqə təhlükəlidir" - Maral Tahirqızı koronavirusdan BELƏ QORUNURMUŞ

7 Aprel 2020 18:19

Sosial şəbəkə fenomeni Maral Tahirqızı karantin günlərində evdə necə qorunduğunu açıqlayıb.

Milli.Az "olke.az"a istinadən xəbər verir ki, karantin qaydalarına ciddi əməl etdiyi deyib.

"Demək olar ki, evdən bayıra çıxmıram, hər qaydaya çalışıram əməl edim. Mən əvvəllər də çöldə çox gəzən insan olmamışam.  Ancaq piyada gəzməyi çox xoşlayıram, çalışıram  hər yerə piyada gedim. Bundan heç yorulmuram. İndi də bu ənənəmi qoruyub saxlayıram. Düzdür, indi karantinə görə heç yerə çıxmıram, ancaq bədən quruluşumu formada saxlamaq üçün evdə gündə 3 dəfə idman edirəm, sağlam qidalanıram. Gördüm boşam evdəki işlərimi görürəm, hər tərəfi xlorla silirəm".

Bundan başqa o, virusdan qorunma yollarından da danışıb.

"Çox insan spirtlə qorunur, ancaq mən spirtdən heç istifadə etmirəm".

Daha sonra M. Tahirqızı  qeyd edib ki, internetdə virusdan qorunma yolları haqqında  çox sayda məqalə də oxuyur.

"Bir müddət öncə qarşıma belə bir məqalə çıxdı ki, hətta həkimlər evli olan cütlüklərə bir otaqda yatmamağa tövsiyyə edir. Onlar cinsi əlaqənin bu dövrdə çox təhlükəli olduğunu qeyd edirlər. Pandemiyanın yayıldığı dövrdə insanlar yaxın münasibətdən çəkinməlidirlər. Çünki onlar bu yolla bir-birlərinə virusu asanlıqla ötürə bilərlər",- deyə sonda o, qeyd edib.

Milli.Az