FİFA-da yeni rüşvət qalmaqalı - DÇ-2018 və DÇ-2022...

7 Aprel 2020 19:29

ABŞ-ın Ədliyyə Nazirliyi DÇ-2018 və DÇ-2022 ilə bağlı yeni rüşvət iddianaməsi yayımlayıb.

Milli.Az qol.az-aa istinadən xəbər verir ki, iddianamədə FİFA rəsmilərinin Rusiya ilə Qətərin müvafiq olaraq 2018 və 2022-ci il dünya çempionatını keçirməsinə səs vermək üçün rüşvət aldıqları bildirilib.

2010-ci ildə FiFA-nın vitse-prezidenti və KONKAKAF prezidenti olan Cek Uornerin Rusiyaya səs vermək üçün 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun sabiq İcraiyyə Komitəsinin üzvlərindən olan Rafael Salqeroya isə bunun qarşılığında 1 milyon dollar söz verilib.

Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FİFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozın  Qətərin lehinə səs vermək üçün rüşvət aldığı bildirilib.

Milli.Az