"Evimə gələn dostum ölüyə bənzədiyimi dedi" - Təcavüzə uğrayan məşhur müğənnidən etiraflar

7 Aprel 2020 15:59

Dünyaca məşhur müğənni Duffi daha əvvəl etiraf etdiyi təcavüzə uğraması haqqında ətraflı danışıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ifaçı aylar əvvəl qaçırıldığını və ona narkotik verilib təcazüvə uğradığını etiraf etmişdi. 35 yaşlı Duffi sosial media hesabında hər şeyi danışaraq bildirib ki, onu öz ölkəsindən qaçıraraq təcavüz ediblər. O başqalarına yardım etmək məqsədi ilə başına gələn hər şeyi etiraf edərək ''Ad günüm idi və mənə restoranda narkotik verdilər. Bu dörd həftə belə davam etdi. Sonra anladım ki başqa ölkədəyəm.

Təyyarəyə necə mindiyimi xatırlamıram. Sadəcə, oteli və mənə təcavüz olunan anları xatırlayıram. Həmin təcavüzcü yatarkən qaçmağı düşündüm, lakin buna casarət etmədim. Çünki pulum yox idi və o, məni çox rahatlıqla yenidən tapa bilərdi. Həmin hadisədən sonra hər necə olmuşdusa artıq evimdəydim. Məni ziyarətə gələn dostum üzümün sarı rəngdə olduğunu və bir ölüdən fərqimin olmadığını dedi. Bütün bunları danışmaqdan çəkinmirəm. Çünki bilirəm ki, eyni qorxunc hadisəni yaşayan onlarla qadın var'' deyib.

Milli.Az