Rusiyada son sutkada mindən çox şəxs koronavirusa yoluxdu, 11 nəfər öldü

7 Aprel 2020 11:59

Rusiyada son sutka ərzində 1 154 nəfər koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha 11 nəfər virusdan həyatını itirib.

Bu günə qədər ölkədə 7 497 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı 58 nəfərə çatıb.

Ümumilikdə 494 nəfər sağalıb, 6 945 nəfərin müalicəsi davam edir.

Milli.Az