"Vulverhempton"un Renatla bağlı yeni planı

7 Aprel 2020 18:34

Millimizin futbolçusu Renat Dadaşov "Vulverhempton"u yenidən tərk edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 20 yaşlı hücumçunu növbəti dəfə icarəyə göndərməyi planlaşdırır. Komandanın əsas hücumçusu Raul Ximeneslə rəqabətə girə bilməyən Renatın inkişaf etməsinə imkan vermək üçün klub bu fikrə düşüb.

Qeyd edək ki, R.Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Fereyra" klubunda keçirib. O, "Vulverhempton"un U-23 komandası ilə matçlarda iştirak edib.

Milli.Az