Holand Ronaldunun çellencinə qoşuldu və onu məğlub edə bilmədi - VİDEO

7 Aprel 2020 13:31

Dortmund "Borussiya"sının futbolçusu Erlin Holand "Yuventus"un futbolçusu Kriştianu Ronaldunun çağırışına qoşulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun təlimlə bağlı çellencində iştirak edib. Norveçli oyunçu 45 saniyədə 124 hərəkət edib və Ronaldonu (145) keçə bilməyib.

Holand bununla bağlı "İnstaqram" hesabında yazıb: "Ronaldu çağırış qəbul edildi. 45 saniyəyə 124 təkrarlama. Pis deyil, elə deyilmi?"

Milli.Az