Həbib Nurməhəmmədovu o əvəzləyəcək - RƏSMİ

7 Aprel 2020 10:46

UFC 249 çərçivəsində Toni Ferqyusonun rəqibi müəyyənləşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Həbib Nurməhəmmədovu Castin Qetji əvəzləyəcək. Döyüş 18 apreldə keçiriləcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Toni Ferqyusonla döyüşməkdən imtina etmişdi.

Milli.Az