"QAZ" markalı avtomobil yanıb

6 Aprel 2020 23:46

Goranboy rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Dəliməmmədli şəhərində "QAZ" markalı minik avtomobilinin ön hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az