Radomir Antiç dünyasını dəyişdi

6 Aprel 2020 23:19

Məşhur yuqoslaviyalı futbol məşqçisi Radomir Antiç 72 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssisin ölümü barədə məlumatı Madrid "Atletiko"sunun mətbuat xidməti yayıb. Antiçin ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Antiç "Atletiko" ilə yanaşı, "Real", "Barselona", "Saraqosa", "Ovyedo", "Selta" və Çinin "Şandun Lunen" klublarında işləyib. 2008-2010-cu illərdə Serbiya yığmasına rəhbərlik edib.

Milli.Az