Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

6 Aprel 2020 21:55

Oğurluqda şübhəli bilinən Baki şəhər sakini R.Abdulqədirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdulqədirov saxlanılıb.

Milli.Az