Şəhid Əfqan Həmzəyevin xatirəsi əbədiləşdirilib

5 Dekabr 2011 21:51
Milli.Az xəbər portalının Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Qarabağ müharibəsi döyüşlərində şəhid olan Əfqan Yəhyayevin vurulduğu ərazidə adı əbədiləşdirilib.

Xocəvənd rayon İcra Hakimiyətinin təşəbüsü ilə onun xatirə kompleksi yaradılıb. Xocəvəndin Daşlıtəpə istiqamətində gedən döyüşlərdə şücaəti ilə fərqlənən Xaçmaz rayon sakini Əfqan Yəhyayev, 1992-ci ildə arxadan düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, Nərgiztəpə adlanan ərazidə gedən döyüşlərdə Əfqan Yəhyayev onlarla düşmən əsgərini yaralamış, bir neçəsini isə məhv etmişdi.

Milli.Az