Qvardiolanın anası koronavirusdan öldü

6 Aprel 2020 19:21

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası koronavirusdan ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Məlumata görə, Qvardiolanın 82 yaşlı anası Dolors Sala Carrionun ölümünə koronavirus infeksiyası səbəb olub.

Milli.Az