Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi

6 Aprel 2020 17:52

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Milli.Az-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Milli.Az