"Ford" 49 min avtomobili geri çağırır

6 Aprel 2020 20:50

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı olan "Ford" şirkəti Çindəki müştərək müəssisəsində istehsal olunan 49 minə yaxın avtomobili əyləc şlanqlarındakı nasazlıqlara görə geri çağırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Aprelin 7-də başlayacaq proses zamanı 2015-2017-ci illərdə istehsal olunmuş "Taurus" modellərini əhatə edəcək.

Bildirilir ki, "Ford"un Çindəki müştərək müəssisəsi olan "Changan Ford Automobile" nasaz detalları öz hesabına dəyişəcək.

Milli.Az