Dünənki yanğında eyvandan yıxılıb ölən müəllim imiş

6 Aprel 2020 15:36

Ötən gün Xətai ərazisində baş verən yanğında Azərbaycan Dillər Universitetinin müəllimi vəfat edib. 

Milli.Az xəbər verir ki, bu barədə news24.az-a ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, tərcümə fakültəsinin xarici dillər kafedrasının müəllimi Leyla Manafova dünən evində baş vermiş yanğın zamanı həyatını itirib: "Bildirilir ki, Xətai rayonunda baş verən yanğın elə onların evindən başlayıb. Müəllimə yanğın vaxtı eyvana çıxıb, ayağı sürüşərək ikinci mərtəbədən yıxılıb. Bu barədə əlavə məlumatım yoxdur. Sadəcə, bildirilir ki, həyat yoldaşı xilasedicilər tərəfindən xilas edilib". 

Mətbuat katibi koronavirusla əlaqədar yas mərasimində iştirak edə bilmədiklərini də vurğulayıb: "Elə bir vəziyyətdir ki, hüzr yerində iştirak da edə bilmirik. İş yoldaşlarının iştirakına icazə verilmir. Universitetimizin rəhbərliyi, kollektivi adından başsağlığı veririk. Allah rəhmət eləsin. Allah yaxınlarına səbr versin". 

Milli.Az