"Barselona" Qrizmannı satmaq niyyətində deyil

6 Aprel 2020 18:45

Antuan Qrizmannın mövsümün sonunda "Barselona"nı tərk etmək ehtimalı azdı.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Barselona" Qrizmannı satmaq, ya da Neymar (PSJ) və ya Lautaro Martinesin ("İnter") transferlərində "barter" variantı kimi istifadə etmək niyyətində deyil. Fransız futbolçu özü də katalon klubundan ayrılmaq istəmir.

"Barsa" rəhbərliyi "Kamp Nou"da debüt mövsümünü keçirən Qrizmannın hələ də komandaya tam uyğunlaşmadığına inanır. 29 yaşlı hücumçu tez-tez alışmadığı mövqedə - hücumun cinahlarında yoxlanılır. Bu səbəbdən onun satışı ən azı bir il müddətinə təxirə salınıb.

Milli.Az