Sumqayıtda 3 ev yanıb

6 Aprel 2020 09:42

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində barak tipli birmərtəbəli binanın dam örtüyü 100 m² sahədə, ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az