Azərbaycanda koronavirus xəstələrinin adı niyə açıqlanmır sualına RƏSMİ CAVAB

6 Aprel 2020 09:07

Yoluxan insanların adını çəkmək tibbi etikaya sığmır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Diqqət mərkəzi-Yekun" verilişində deyib:

"Adlar açıqlanarsa, biz onların şəxsi hüquqlarını pozmuş oluruq. Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alıb məlumatları vermişik".

Milli.Az