Çində güclü zəlzələ baş verib

6 Aprel 2020 08:40

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan şöbəsi xəbər yayıb.

Zəlzələ saat 02:58-də (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şuymoqouda (Sincan-Uyğur Muxtar Bölgəsində şəhər dairəsi) yerləşib.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Milli.Az