UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO

5 Aprel 2020 20:37

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri "Biz birlikdə güclüyük!", "Evdə qal", "Sağlam qal" aksiyasına dəstək olaraq videoçarx hazırlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, tələbələr UNEC ailəsi adından Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın "Biz birlikdə güclüyük!" çağırışına qoşulublar. UNEC tələbələri videoçarxda "Biz birlikdə güclüyük!", "Evdə qal", "Sağlam qal" çağırışlarını səsləndirərək insanları sosial həmrəyliyə çağırıblar.

UNEC tələbələrinin hazırladığı videoçarxını təqdim edirik:

Milli.Az