Sumqayıtda yol polisi əməkdaşı qəza törədib - FOTO

5 Aprel 2020 20:06

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili ağaclara çırpıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, sürücü  1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi "Priora" markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü  Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Milli.Az