Keçmiş Baş nazir koronavirusdan öldü

5 Aprel 2020 17:55

Liviyanın keçmiş Baş naziri Mahmud Cibril Misirin paytaxtı Qahirədə koronavirusdan dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" kanalı məlumat yayıb.

Qeyd edək ki, Cibril Liviyanın Keçid Milli Şurasında ilk Baş nazir olub.

Milli.Az