Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub

5 Aprel 2020 18:31

Portuqaliya hakimiyyəti bildirib ki, bir gündə 754 koronavirus infeksiyasına yoluxma halı qeyd edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, infeksiyaya yoluxanlardan 29-u ölüb.

Qeyd edək ki, aprelin 5-nə olan məlumata görə, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 11278-ə çatıb. Pandemiya başlayandan bəri 295 nəfər ölüb, 75 nəfər isə sağalıb.

Milli.Az