Qüslü hamamda yuyunandan sonra almaq lazımdır, yoxsa əvvəlcə qüsl almaq, sonra yuyunmaq da olar?

7 Aprel 2020 23:45

Qüslü yuyunmazdan əvvəl yoxsa sonra almağın prinsipial fərqi yoxdur. Əsas odur ki, qüsl şəriətdə nəzərdə tutulmuş formada və ardıcıllıqda alınsın, qüsl niyyəti ilə yuyan zaman bədəndə zərrə qədər də islanmamış yer qalmasın. Dəstəmazdan fərqli olaraq, qüsldən əvvəl bədənin tam və ya qismən quru olması da tələb edilmir. Ona görə də, yuyunduqdan sonra da qüsl almaq olar. Hətta şəriətə görə, bədənin bəzi hissələri nəcasətə bulaşmışsa, əvvəldə qüsl niyyəti edərək qüslə başlamaq, həmin hissələrə çatanda o yerləri yuyub pak etmək və qüsl niyyəti ilə yumaq da icazəlidir. Əlbəttə, ürfə və məntiqə uyğun olaraq, əgər bədən kirli və ya tərlidirsə, əvvəlcə yuyunmaq, bədən təmiz olduqdan sonra qüsl almaq daha yaxşı olar.

Milli.Az