Tvitter Türkiyəni hədəf alan paylaşımları sildi

7 Aprel 2020 23:50

Tvitter Türkiyəni hədəf alan Misir və Səudiyyə Ərəbistanından idarə olunan 7891 hesabı sildiyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, rəsmi məlumatda onlarla yanaşı, daha üç ölkənin də adı qeyd olunur. Bu ölkələrin arasında İndoneziyanın da adı var. Hesabların əsasən, Misir hökuməti tərəfindən yönləndirildiyi iddia olunur. Tvitter hesabları vasitəsilə əsasən, Səudiyyə Ərəbistanını tərifləyən paylaşımlar edilib. Onlardan 2 541-nin Misirdən idarə olunduğu açıqlanıb. 5350 hesab isə məhz Səudiyyə Ərəbistanına aiddir.

Milli.Az