Apple hakerə 75 min dollar pul ödəyib

9 Aprel 2020 06:41

Apple şirkəti iPhone kamerasında və MacBook-da boşluq aşkarlayan hakerə 75 min dollar pul ödəyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, hakerin proqram təminatında aşkarladığı boşluq smartfon və ya notbukların kameralarını sındırmağa imkan verirmiş.

Aşkarlanan yeddi ədəd boşluq istifadəçini zərərli sayta girməyə məcbur edərək, dələduzun kameraya daxil olmasına imkan verirdi.

Milli.Az