Amazon anbar işçiləri üçün tədbirləri artırır

7 Aprel 2020 22:30

Bütün dünyaya yayılmaqda olan koronavirus bir çox nəhəng şirkətlərə də öz təsirini göstərib. Keçən ay Amazon anbarlarında işləyən birində koronavirus aşkarlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Amazon anbarlarında koronavirusun yayılmasının qarşısını almaq üçün bütün işçilərinə maskalar paylayıb.

Bundan əlavə, şirkət tərəfindən bütün işçilərin qızdırması mütəmadi olaraq ölçülür. Qızdırması yüksək olan işçilər 3 gün ərzində ev karantininə alınacaqlar. Şirkət süni intellekt vasitəsilə işçilərini izləməyə başlayıb.

Milli.Az