Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxma qeydə alındı - Operativ Qərargah

5 Aprel 2020 15:25

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdər. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatından Milli.Az-a verilən məlumata əsasən, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Milli.Az