Tovuzda kişini bıçaqlayıb su kanalına atdılar - FOTO

5 Aprel 2020 12:50

Tovuzda kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əhməd Cavad küçəsində baş verib. Həmin küçədən keçən su kanalında orta yaşlı kişi meyiti tapılıb.

Məlumata görə, meyitin üzərində bıçaq xəsarətləri aşkar edilib.

Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti məlum olub.

O, 1991-ci il təvəllüdlü Elnur Mehdiyev Valeh oğludur. 

Məlumata görə, həmin şəxs qətlə yetirildikdən sonra su kanalına atılıb. 

Milli.Az