Özbəkistanda xüsusi karantin rejimi elan edilib

5 Aprel 2020 10:44

Özbəkistan hakimiyyəti, COVID-19 virusunun yayılması ilə əlaqədar aprelin 6-dan etibarən xüsusi karantin rejimi elan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, vətəndaşlara məcburi təcrid rejimində şəxsi avtomobil, motosiklet, velosiped və skuterlərlə gəzinti qadağan edilib.

Qeyd edək ki, Özbəkistanda ilk dəfə COVID-19 diaqnozu martın 15-də qoyulub. Fransadan qayıdan bir qadında koronovirus infeksiyası aşkarlanıb. 5 aprel bu saata qədər olan məlumatlara görə ölkədə 266 nəfər koronavirusa yoluxub, onlardan 2-i ölüb, 25-i isə sağalıb.

Milli.Az