Rusiyada kişi 5 qonşusunu güllələdi - YENİLƏNİB

5 Aprel 2020 10:55

10:55

Rusiyanın Ryazan vilayətinin Yelatma qəsəbəsində üçmərtəbəli evlərdən birinin sakini beş qonşusunu güllələyib.

"Qafqazinfo" "Life.ru"ya istinadən xəbər verir ki, ölənlərdən biri qadındır.

"REN TV" yazır ki, 32 yaşlı cinayətkar qurbanlarının üçünü pilləkən qəfəsində, digər ikisini küçədə güllələyib.

Polis şübhəli şəxsi saxlayıb.

İstintaq Komitəsinin araşdırmasına əsasən, aprelin 4-ü cinayətkar eyvana çıxıb və gənclərdən səs salmamağı xahiş edib. Xahişinin yerinə yetirilmədiyini görən kişi beş nəfərin həyatına son qoyub.  

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

---------
09:38

Rusiyanın Ryazan vilayətində silahlı şəxs beş nəfəri öldürüb.

APA xəbər verir ki, bu barədə "TASS" hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, insident zamanı ölən dörd kişi və bir qadın cinayətkarın qonşuları olub. Hazırda o, polislər tərəfindən saxlanılıb.

İnsidentin təfərrüatları polis tərəfindən araşdırılır.

Milli.Az