"ABŞ-a neft idxalına rüsum tətbiq edilə bilər"

5 Aprel 2020 10:17

ABŞ prezidenti Donald Tramp ölkənin enerji sektorunu qorumaq üçün neft idxalı ilə əlaqədar rüsumlar tətbiq edə biləcəyini deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Ağ Evdə brifinq zamanı bildirib.

D.Tramp deyib: "Mən həqiqətən [Amerika] enerji sahəmizə inanıram, buna diqqət yetirməliyik. Neft idxalı ilə bağlı rüsumlar tətbiq etməli olsam, bunu minlərlə, on minlərlə işçi və şirkətlərimizi qorumaq üçün edəcəyəm".

Mill.Az