Kolumbiyada mədəndə partlayış: ölənlər var

5 Aprel 2020 10:06

Ən azı 11 nəfər Kolumbiyanın mərkəz hissəsində yerləşən mədənlərin birində baş verən partlayışın qurbanı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Semana" jurnalı bildirib.

Məlumata əsasən, hadisə Kukunuba bələdiyyəsində yerləşən Pueblo Vyexo kəndindəki kömür mədənində baş verib. Partlayış nəticəsində 11 mədənçi həlak olub. Xilasedicilər dağıntıların altından dörd nəfəri xilas edə biliblər.

Səlahiyyətlilər hadisə ilə əlaqədar araşdırmaya başlayıb. İlkin məlumatlara görə, partlayışa səbəb metanın atılması ola bilər.

Milli.Az