Şarapova nömrəsini yaydı - “Mənə yazın”

4 Aprel 2020 16:21

Məşhur rusiyalı tennisçi Mariya Şarapova etdiyi hərəkətlə gündəmə gəlib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, İnstaqram hesabında öz nömrəsini paylaşaraq izləyicilərindən mesaj yazmalarını istəyib:

"Keçən həftə 150 izləyicimlə videokonfrans təşkil etmişdik. Hamımız çətin vəziyyətdə və karantindəyik. Yeni nömrə almışam və sizin üçün onu burada yazıram. Nömrəmə mesaj yazın, danışaq. 310-564-7981. Bu həqiqətdir".

Milli.Az