Suriya ərazisində 24 terrorçu zərərsizləşdirilib

4 Aprel 2020 18:38

Türkiyə hərbçilərinin Suriya ərazisində "Sülh çeşməsi" antiterror əməliyyatı apardıqları bölgədə terrorçulardan ibarət qrup zərərsizləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bölgəyə daxil olmaq istəyən PKK/YPG-nin 24 terrorçusu uğurlu əməliyyatla məhv edilib.

Milli.Az