Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib

4 Aprel 2020 14:21

Milli Məclisin aprelin 7-də keçirilməsi planlaşdırılan plenar iclasının vaxtı dəyişdirilib.

Bu barədə Milli.Az-a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, plenar iclasın vaxtı aprelin 7-dən 9-na keçirilib. İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb. Yəni heç bir əlavə və ya ixtisarıar edilməyib.

Milli.Az