Xaçmazda avtomobili aşıran sürücü hadisə yerində öldü

4 Aprel 2020 18:25

Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 3-də saat 20 radələrində Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində şəhər sakini Ramil Əliyev idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az