Xalq artisti Murad Hüseynov bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

4 Aprel 2020 17:14

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulan Xalq artisti koronavirusla bağlı çağırış edib. "#evdəqal...biz birlikdə güclüyük!" şüarına dəstək olaraq görkəmli pianoçu vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa dəvət edib.

O, bildirib ki, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək həmrəy olmağa səsləyiblər. Biz bu müraciətlərə dəstək olmalıyıq.

O, bütün mədəniyyət və incəsənət xadimlərini də koronavirusla mübarizə aksiyasına qoşulmağa dəvət edib.

Milli.Az