Dövlət Miqrasiya Xidməti tərəfindən #evdəqal həştəqi ilə növbəti VİDEOçarx hazırlanıb

4 Aprel 2020 14:09

Dövlət Miqrasiya Xidməti tərəfindən #evdəqal həştəqi ilə növbəti videoçarx hazırlanıb.

Milli.Az bildirir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb:

Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyasını çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti video çarx hazırlanmışdır.

Video çarxın hazırlanmasında bizə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığımızı bildiririk. Evdə qalın, sağlam qalın.

Milli.Az