Antalyada qalan Əməkdar artist: Qanunlar çox ciddiləşib...

4 Aprel 2020 13:39

"Antalyada yaşayıram. Qanunların ciddiləşdiyini görüb, qapını bağlayıb Bodruma gəldim. Bir yaxın ailə var, məni yanlarına gətirdilər. Burada balaca bağ var, çıxıb gəzirəm. Evdən çölə çıxmırıq, bazara, marketə getmirik. Nəsə lazım olanda, evdən ancaq bir nəfər gənc gedir alıb gətirir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva deyib. "Bizimləsən" verilişinə zəng edən aktrisa Antalyada yaşadığını bildirib:

"Hər gün səhər və axşam məscidlərdə məlumat səsləndirilir ki, yaşlılar evdən çıxmasın, yaşlılara imkanlı şəxslər kömək etsin. Qanunlar çox ciddiləşib. Xalqıma əlim çatmır, buradan səslənirəm, bunu oyuncaq bilməsinlər. Öz, yaxınlarının həyatını riskə atıb, virusa düçar etməsinlər. Başa düşürəm, çətindir, amma evdə oturmaq lazımdır. Bu, güllədən də betər zəhərli virusdur.

Yaxşı ki, gəlmişəm. Türkiyə vətəndaşı deyiləm, oturma iznim var. Bilmirəm zəng etsəm, bələdiyyə mənə necə kömək edəcəkdi.

Mənə maddi cəhətdən oğlum Ayaz kömək edirdi. İndi onun da işi bağlanıb. Amma çətin də olsa, ac deyiləm. Kübra ekonom yaşamağa öyrənib, yüksəklərdə gözüm olmayıb. Prezident təqaüdü alıram, onunla da dolanıram".

Milli.Az