Bakıda körpüdə zəncirvarı qəza tıxac yaratdı

4 Aprel 2020 10:04

Bakıda yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hadisə bu gün səhər Babək və Qara Qarayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Həmin ərazidəki körpünün üzərində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən də hazırda qeyd edilən hissədə nisbətən sıxlıq müşahidə olunur.

Milli.Az