A Seriyası qeyri-müəyyən müddətə kimi təxirə salındı

4 Aprel 2020 08:32

A Seriyası rəhbərliyi ölkə çempionatında mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, videokonfransda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.

Xatırladaq ki, bundan əvvəl İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 14 min 681 nəfərə çatıb.

Milli.Az