Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza aprelin 2-də saat 9 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Milli.Az