“Jurnalistlər aptek və ya marketə gedəndə icazə almalıdırlar”

3 Aprel 2020 13:21

"KİV nümayəndələrinin sistemdə qeydiyyata düşməsinə ehtiyac yoxdur". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. 

O bildirib ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almaqlarına ehtiyac yoxdur: 

"Ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxan zaman icazə almalıdırlar".

Milli.Az