Bakıda avtomobilin vurduğu piyada öldü

3 Aprel 2020 14:59

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindəb Milli.Az-a verilən məlumata görə, aprelin 2-si saat 9 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az